• cümə axşamı, 25 aprel, 10:27
  • Baku Bakı 14°C

Soros: "Dünya fond birjalarındakı "ralli" sona çatır"

20.01.17 16:45 769
Soros: "Dünya fond birjalarındakı "ralli" sona çatır"
"Trampın vergiləri azaldacağı və xərcləri artıracağı barədə seçki öncəsi verdiyi vədlər nəticəsində noyabr ayından etibarən kəskin artım göstərən fond birjalarında müşahidə olunan "ralli" sona çatır".
"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə,bunu məşhur milyarder-investor Corc Soros (George Soros) Davos Ümumdünya İqtisadi Forumu zamanı "Bloomberg" telekanalına müsahibəsində verib.
Soros ABŞ-ın diktator ola bilməsi ehtimal edilənbir şəxsi prezident seçdiyini, Avropa İttifaqının (Aİ) dağılmaqda olduğunu, İngiltərə baş naziri Tereza Meyin (Theresa May) Aİ-dən ayrılmağa hazırlaşması ilə vəzifədə çox qalmayacağını və Çin cəmiyyətinin daha çox təzyiqlərə məruz qalacağını ehtimal etdiyini bildirib.
"Soros Fund Management" investiya fondunun sahibi olan C.Soros qeyd edib ki, qeyri-müəyyənik maksimal həddə çatıb: "Bu da uzunmüddətli investisiyaların düşmənidir. Qlobal maliyyə bazarlarının yaxşı olacağını düşünmürəm. Hazırda bazarlar bayram əhval-ruhiyyəsindədir. Bir azdan hər şey məlum olduqda, bədbin vəziyyət yaranacaq".
"Report"un analitik qrupu bildirir ki, ABŞ keçirilən son prezidentseçkilərindən sonra dünyanın inkişaf etmiş ölkələrinin fond birjasi indeksləri 10%-ə yaxın yüksəlib. 2017-ci ildə fond birjaları indekslərində dünya iqtisadiyyatının zəif inkişafı səbəbindən ciddi azalma gözlənilir.
banner

Oxşar Xəbərlər