AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin nümunəsidir

Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin nümunəsidir

Cəmiyyət
09 Aprel 2020, 09:15 144
Bəşəriyyətin koronavirus (COVID-19) infeksiyası kabusu ilə qarşı-qarşıya qaldığı bir vaxtda risk qrupuna daxil olan, yaşı 65-dən yuxarı insanların sağlamlığı, təhlükəsizliyi bu gün daha çox müzakirə olunan mövzulardandır.

Milli Məclisin deputatı Müşfiq Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bütün dövrlərdə Azərbaycan ailəsinin ən ali və müqəddəs dəyərlərindən biri ağsaqqala, ağbirçəyə hörmət etmək, dərin ehtiram göstərmək olub.

Hər zaman ahıl vətəndaşların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati tələbatlarının ödənilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətləri kimi əsas götürülüb. Qlobal pandemiya təhlükəsinin Azərbaycandan yan keçmədiyi vaxtda ən əvvəl koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı vətəndaşlar xüsusi diqqət və qayğı ilə əhatə olunublar.

"Hər zaman humanist addımları, qərarları ilə hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sonuncu əfv Sərəncamı isə bütün dünya üçün ən yaxşı nümunələrdəndir. Belə bir çətin sınaq dövründə müəyyən səbəblər üzündən azadlıqdan məhrum olan 65 yaşdan yuxarı vətəndaşlar dövlət başçısının diqqətindən, qayğısından kənarda qalmadı. Ölkəmizdə həyata keçirilən humanist siyasətin növbəti təzahürü olaraq dövlət başçısı 176 məhkumun əfv olunmasına dair Sərəncam imzaladı. Bu da milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin tutduğu mövqeyindən asılı olmayaraq hər bir vətəndaşının sağlamlığını, təhlükəsizliyini qoruduğunun daha bir nümunəsi oldu”-deyə deputat qeyd edib.