AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Sonda Ermənistan başa düşəcək ki...”

“Sonda Ermənistan başa düşəcək ki...”

İqtisadiyyat
02 Oktyabr 2013, 11:43 942
“APA-Economics”in Türkiyəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) rəhbəri Haldun Yavaş bildirib.

Onun sözlərinə görə, gələcəkdə belə forumlar Bişkekdə, Qazaxıstanda və Avropa ölkələrində də təşkil olunacaq: “Burada Qarabağ məsələsinə də toxunulacaq. Qarabağ bizim üçün də olduqca ağrılı və önəmli məsələdir. Türkiyə ilə Azərbaycan TANAP layihəsində birgə olacaqlarsa, Qarabağ məsələsi də həllini daha tez tapacaq. Azərbaycan və Türkiyənin tutduğu strategiyada əslində bu problemin həllinə yönəlib”.

H.Yavaş deyib ki, Azərbaycan öz regionunda gücləndikcə, regionda daha önəmli rol oynadıqca, bu problem özü-özlüyündə həllini tapacaq: “Yaxşı qonşuluq siyasətinin olması üçün bütün dövlətlər bir-birinin ərazi bütövlüyünə hörmət etməlidir. Sonda Ermənistan özü görəcək ki, onun iqtisadi inkişafı Azərbaycandan keçir. Ona görə də Azərbaycan öz iqtisadi inkişafını daha da artırmalı və insan kapitalını inkişaf etdirməlidir. Bunun üçün neft gəlirləri insan kapitalına yönəltməlidir”.