• şənbə, 20 Aprel, 15:19
  • Baku Bakı 23°C

Sona Vəliyeva: "Ruhumuzun sağlamlığının qorunması daha vacibdir"

24.03.20 23:15 1439
Sona Vəliyeva: "Ruhumuzun sağlamlığının qorunması daha vacibdir"
"Bu gün sevgi, mərhəmət, şəfqət immun sistemimizin qorunmasında əsl peyvənd rolunu oynamalıdır"
"Bu gün bütün bəşəriyyət keçdiyi inkişaf tərəqqisində əldə etdiyi və ya itirdiyi maddi-mənəvi dəyərlərin hesabının ən gərgin imtahanını verir. Hər birimiz fərd olaraq, cəmiyyət olaraq dövlətin tətbiq etdiyi qlobal pandemiya tələblərinə düzgün əməl etməklə, eləcə də bir-birimizə dayaq olmaqla, həm də dualarımızla bu bəşəri bəlaya qalib gələ bilərik. #Evdeqal prinsipi ilə yaxınlar, doğmalar, tanışlar və dostlar bir-birini daha çox düşünərək, telefonla, skypela hal-əhval tutaraq sevgini, istəyi, səmimi ünsiyyəti dərman kimi əsirgəməməlidir".
Bu barədə Kaspi Təhsil Şirkətinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "Facebook" səhifəsində yazaraq #Evdeqal çağırışına dəstək nümayiş etdirib.
O qeyd edib ki, ruhumuzun sağlamlığının qorunması daha vacibdir.
S.Vəliyeva yazıb ki, bu gün sevgi, mərhəmət, şəfqət immun sistemimizin qorunmasında əsl peyvənd rolunu oynamalıdır: "Hər şeyin mahiyyətində insan dayanır. Allah tək darıxdığı üçün özündən bir parça olan insanı yaratdı. Ona görə də insan olmasa O özü də TƏK-TƏNHA darıxar...Onu da etiraf edək ki, yer üzünə əşrəf olaraq göndərilən insan Allahın min əzabla yaratdığı dünyanın nizamını pozdu, təbiətin iqlim dəyişiklərinin, sel və daşqınların, torpaq sürüşmələrinin, zəlzələ, günəş və ay tutulmalarının, xəstəliklərin səbəbkarına çevrildi.Nədir, hardan törəndi, kim yaratdı bu virusu?Düşünürəm, bəlkə ədalət və insanlığın itdiyi yerdə tərəzinin nahaqqı haqdan ağır çəkdiyi, haqlının güclüyə, qoluzorluya uduzdurulduğu dünyada bəşər övladı bütövlükdə Allahın qəzəbinə düçar olub...Müharibələr, günahsız xalqlar, ev-ocağından, yurd-yuvasından qovulan insanların üz tutduğu ölkələrdə namərdcəsinə şişlənən, rezin qayıqlardan ucalan qadın, körpə, yaşlı insanların ah-naləsindən bəlkə göyərdi bu bəla...".
S.Vəliyeva qeyd edib ki, indi sosial durumundan, dinindən, irqindən asılı olmayaraq bütün bəşəriyyət dərd və bəla ilə üz-üzədir: "Dünya kütləvi həyəcanın sovuşmasını gözləyir. Səbrlə düçar olduğumuz xəstəliyin peyvəndinin tapılmasını gözləməklə yanaşı mərhəmətli, şəfqətli dualarımızı da bütün bəşəriyyət üçün əsirgəməməliyik.Dünyanın güc dayağı, istinad nöqtəsi olan dualarımızı xalqımız, dövlətimiz, eləcə də bəşəriyyət üçün ərməğan etməliyik.Könül və ruh təmizlənməsinə, şəxsi gigiyena qaydalarına riayət etməklə hər şeydən arınıb, durularaq bu bəlaya da İnşəallah qalib gələcəyik".
Kaspi Təhsil Şirkətinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru S.Vəliyevatürk şair və yazıçısı Nazim Hikmətin şeirindən bir neçə misra paylaşmaqla fikrini yekunlaşdırıb:
Bir yaz akşamı gibi inecek
Ağır, yeşil dalların ardından rahatlık.
Hastalar, kardeşlerim,
Biraz daha sabır, biraz daha inat,
Kapının arkasında bekleyen ölüm deyil, hayat.
Kapının arkasında dünya.
Alpər TURAN
banner

Oxşar Xəbərlər