“Son vaxtlar lap ağ edib”
Fransa
çempionatının yarımçıq dayandırılması ilə bağlı qərar verildikdən sonra bir
sıra klub rəhbərləri federasiyanı kəskin tənqid edir.
Kaspi.az xəbər
verir ki, "Lion”un prezidenti Jan-Mişel Olyas federasiya rəhbərliyini daha sərt
tənqid edir. Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre onun tənqidlərinə
münasibət bildirib:
"Biz
bir-birimizi çoxdan tanıyırıq. O, mənim necə getdiyimi, mən də onun necə
getdiyini görürəm. Digər tərəfdən, o, hərdən klubunun mənafeyini olduqca
emosional tərzdə müdafiə edir.
Son vaxtlar isə
lap ağ edib. Mən ona bununla bağlı ya telefonla, ya da mətbuat vasitəsilə xəbərdarlıq
edəcəyəm. Ancaq o, Çempionlar Liqasında oynamaq istəyilə yaşayır”.
Çempionat
yarımçıq dayandırıldığı üçün 7-ci pillədə qərarlaşan "Lion” avrokuboklara vəsiqə
əldə edə bilməyib.