• cümə, 19 Aprel, 18:19
  • Baku Bakı 24°C

Son illәrin әn yaxşı sevgi filmlәrindәn biri – Onun film seçimi

06.06.20 11:30 4100
Son illәrin әn yaxşı sevgi filmlәrindәn biri – Onun film seçimi

Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi də komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq.Məsləhət görülürsə, deməli, baxmağa dəyər. Bu dəfə kinotənqidçi, "Film aç” adlı "Youtube” kanalının yaradıcısı Hacı Səfərovun məsləhət gördüyü filmləri sizə təqdim edirik. O, sön dövrlər çəkilən filmlər sırasından seçim edərək 5 ekran işini tövsiyə etdi.
Onun ilk seçimi "Kəsilməz daş-qaşlar” (Uncut Gems) oldu: "Bu, Hollivudun yenicә tanınmağa başlayan Safdi qardaşlarının ortaya qoyduğu 2019-cu il istehsalı olan filmdir. Nyu-Yorkun sürәtli hәyatından vә adrenalin mübtәlası olan başqa qәhrәmanın yaşadıqlarından bәhs edәn film, ilk andan etibarәn insanın marağını çәkir. Atmosferi әladır, üstәlik, Adam Sandler aktyor kimi ilin әn yaxşı performanslarından birini sәrgilәyir”.
"Alov almış bir ledinin portreti” (Portrait of a lady on fire) onun ikinci tövsiyəsi oldu: "Fransız rejissor Selin Skiyammanın 2019-cu ildә Kannda "Әn yaxşı senari" mükafatı alan bu filmi 18-ci әsrin ortalarında yaşanan eşq hekayәsidir. Dövrün atmosferinin dәqiq tәsviri, uğurlu senari vә bir çox problemlәrә toxunulması, әsәri fәrqlәndirir. Musiqilәr, quruluşçu operator işi filmin üstün tәrәflәridir. Son illәrin әn yaxşı sevgi filmlәrindәn biri olduğu şübhәsizdir”.
"Dәniz fәnәri” (The Lighthouse) H.Səfərovun bəyəndikləri sırasındadır: "19-cu әsrin sonlarında baş verən bu dәnizçi hekayәsi kino dili vә yaratdığı atmosferlә 2019-cu ilin önә çıxan әsәrlәri arasındadır. Vilyam Dafoe vә Robert Pattinsonun uğurlu aktyor performansları, bir çox fәlsәfi vә mifik tәrәflәrinin olması filmi fәrqlәndirir. Qorxu janrının elementlәrini özündә ehtiva edir, son ana qәdәr insanı hәyәcanda saxlamağı bacarır. Dәnizçilәrin dünyasına keçid etmәk vә onların yaşadığı mәnәvi iztirabları görmәk üçün film mayak rolunu oynayır”.
Müsahibimizin 4-cü məsləhəti "Parazit” oldu: "Әvvәlcә Kann film festivalında, daha sonra Oskarda әsas mükafatı qazanan bu film Cәnubi Koreya kinosunun qazandığı uğurları taclandırdı. Sosial әdalәtsizlik, Cәnubi Koreyanın problemlәri vә insan tәbiәtinә dair maraqlı nüansların aşkarı filmin önә çıxan tәrәflәridir. İlk dәfә bir xarici film "Әn yaxşı film" Oskarını qazandı. Sırf bu sәbәbdәn izlәnmәk şansına layiqdir”.
"Heç vaxt, Nadirәn, Bәzәn, Hәmişә” (Never Rarely Sometimes Always) filmi isə onun sonuncu seçimidir: "2020-ci ildә keçirilәn Berlin Film Festivalında hamı bu filmdən bәhs etmişdi. Eliza Hittmanın rejissorluq etdiyi film, gәnc bir qızın abort üçün çıxdığı sәyahәtdәn bəhs dir. Amerika cәmiyyәtindә qadınların mәruz qaldığı istismarı, zorakılığı vә psixoloji şiddәti sakit tonunu pozmadan, yavaş-yavaş insanın gözünün qabağına gәtirir. Aktrisa Sidney Flaniqanın tәsirli performansı, gözәl musiqilәr vә böyük şәhәr daxilindә gәncin düşdüyü çarәsizlik filmin güclü tәrәflәridir. İl sonunda başlayacaq mükafat mövsümündə adını tez-tez eşidәcәyimizi, müxtәlif uğurlarına şahid olacağımızı tәxmin edirәm”.
Aygün

banner

Oxşar Xəbərlər