• cümə, 29 Mart, 09:41
  • Baku Bakı 5°C

Şok! 12 yaşlı qıza təcavüz edən 57 yaşlı sahibkar həbs olundu

19.07.13 15:06 4115
Şok! 12 yaşlı qıza təcavüz edən 57 yaşlı sahibkar həbs olundu
Ağdaş rayonunda tükürpədici hadisə baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Məşəd kəndində qeydə alınıb. Kənd sakini, 1957-cı il təvəllüdlü Azər Məmmədov qonşusu 2001-ci il təvəllüdlü A.X-nı aldadaraq onun namusuna toxunub. Zərərçəkən A.X APA-ya bildirib ki, o tez-tez Azər Məmmədovun mağazasına gedərək oradan çörək, şokolad, saqqız və digər qida məhsulları alırmış.
Üç ay öncə Azər Məmmədov qıza su əvəzinə yuxu dərmanı verib və onun ağzını dəsmalla bağlayaraq cinsi təcavüz edib. O, A. X-ya hədə qorxu gələrək bildirib ki, bu məsələni üçüncü bir şəxs biləcəyi təqdirdə onu öldürəcək. O, qıza tez-tez pulsuz qida məhsulları da verərək onu ələ alıb. Qız 3 aylıq hamilə olduğu vaxt hadisə barədə onun anası xəbər tutub. Bu gün qıza təcavüz edən Azər Məmmədov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, A.X Ağdaş şəhər 8 saylı orta məktəbin 6-cı sinfində oxuyur. Bu gün qız ekspertiza üçün Bakı şəhərinə aparılıb. Məlumata görə, Məşəd kəndinin əhalisi bu hadisəni etirazla qarşılayıb. Kənd sakinləri Azər Məmmədovun evinə hücum etmək istəsələr də, polis əməkdaşları bu cəhdin qarşısını alıblar. Hazırda Azər Məmmədovun evi polis əməkdaşları tərəfindən mühafizə edilir. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Azər Məmmədovun qızı nişanlı olub və bu yaxınlarda toyu olacaqmış. Təzə qohumlar Azər Məmmədovun bu hərəkətini etirazla qarşılayaraq qızın nişanını da geri qaytarıblar.
banner

Oxşar Xəbərlər