• cümə, 29 Mart, 17:23
  • Baku Bakı 14°C

Soçidə MDB ölkələri dövlət başçılarının sammiti keçirilir

11.10.17 15:41 1532
Soçidə MDB ölkələri dövlət başçılarının sammiti keçirilir
Rusiyanın Soçi şəhərindəMDBölkələri dövlət başçılarının sammiti başlayıb.
APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə dövlət başçıları ilk olaraq məhdud çərçivədə görüş keçiriblər.
LiderlərMDBçərçivəsində əməkdaşlığın əsas məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar. Əsas diqqət təşkilatın, onun icra strukturlarının və orqanlarının bundan sonrakı fəaliyyətinin effektivliyini yüksəltməyə yönəldiləcək.MDB-də sədrliyin 2018-ci ildə Rusiyadan Tacikistana keçməsi haqqında qərar veriləcək.
Toplantıda bir sıra çoxtərəfli sənədlərin imzalanması planlaşdırılır. Bu sənədlərəMDBçərçivəsində humanitar-mədəni, hüquq-mühafizə və hərbi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi aiddir. Bundan başqa, ailə institutu və ənənəvi ailə dəyərlərinə dəstək haqqında bəyanat qəbul olunacaq.
banner

Oxşar Xəbərlər