• cümə axşamı, 25 aprel, 23:45
  • Baku Bakı 21°C

SOCAR: Yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb

30.03.20 15:30 1124
SOCAR: Yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb
Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.
Trend-in məlumatına görə, bu barədə SOCAR məlumat yayıb.
Şirkətin məlumatında deyilir:
"SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur. Əziz vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq”.
banner

Oxşar Xəbərlər