• cümə, 29 Mart, 13:38
  • Baku Bakı 14°C

SOCAR prezidenti: Neft Daşlarının hasilat səviyyəsi 20 faizdən çox artıb

07.11.19 11:38 1120
SOCAR prezidenti: Neft Daşlarının hasilat səviyyəsi 20 faizdən çox artıb
SOCAR-ın ötən illərdə həyata keçirdiyi tədbirlər nəticəsində Neft Daşlarının hasilat səviyyəsi 20 faizdən çox artıb.
Trend-in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Neft Daşlarının 70 illik yubileyi ərəfəsində dünyanın açıq dənizdə tikilən ilk neft platformasında olarkən deyib.
R.Abdullayev bildirib: "Hidrotexniki qurğular yenilənib, istehsalat obyektləri əsaslı təmir olunub və yaxud yenidən qurulub. Respublika əhəmiyyətli yataqların məhsulu Neft Daşlarının infrastrukturu vasitəsilə nəql olunur və gələcəkdə bu infrastruktura digər yataqların da qoşulması nəzərdə tutulur".
Xatırladaq ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanıb, noyabrın 7-də qazma işi uğurla başa çatdırılıb və yatağın işlənməsinə start verilib.
İstismar dövründə Neft Daşları NQÇİ ölkənin ümumi neft hasilatının 13%-ni birbaşa təmin edib. Hazırda Azərbaycan neftinin böyük hissəsi məhz dənizdə çıxarılır. Neft Daşları həm də SOCAR-ın dənizdəki yataqlarını bir-biri ilə calaşdıran və məhsulun sahilə birbaşa ötürülməsinə xidmət edən əsas kommunikasiya düyünüdür. SOCAR üzrə ümumi çıxarılan xam neft və təbii qazın 70%-ə yaxın hissəsi sahilə məhz Neft Daşlarından ötürülür.
banner

Oxşar Xəbərlər