• cümə, 29 Mart, 17:49
  • Baku Bakı 14°C

SOCAR “Gazprom” və “Rosneft” ilə müzakirələr aparıb

22.08.17 09:51 1588
SOCAR “Gazprom” və “Rosneft” ilə müzakirələr aparıb
SOCAR "Gazprom” və "Rosneft” şirkətləri ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib.
Şirkətin mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev işçi səfərlə Sankt-Peterburqa gedib. Avqustun 21-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "Gazprom” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aleksey Millerlə, sonra isə "Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşləri olub.
Görüşlər zamanı SOCAR ilə "Qazprom” və "Rosneft” şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, ətraflı fikri mübadilələri aparılıb.
banner

Oxşar Xəbərlər