• cümə axşamı, 25 aprel, 16:53
  • Baku Bakı 23°C

SOCAR: Dənizdə gözlənilən fırtına ilə bağlı lazımı tədbirlər görülür

30.03.17 18:02 831
SOCAR: Dənizdə gözlənilən fırtına ilə bağlı lazımı tədbirlər görülür
31 mart - 1 aprel tarixlərindəhavaşəraitinin kəskin pisləşəcəyi, açıq dənizdə arabir 35-38 m/s-dək küləyin olması gözlənilir.

SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, fırtına ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə, "Azneft” İstehsalat Birliyinin bütün işçilərinə təlimatlar verilib. "Qəza və fəsadların baş verməməsi üçün növbədə olan zəruri işçilərdən başqa, bütün həmkarlarımız estakada və neft-qaz yığım məntəqələrindən təxliyə edilib. Birliyin struktur təşkilatlarında həmin günlərdə növbətçilik təşkil olunub", - deyə məlumatda vurğulanıb.

Bundan əlavə, dəniz neft-qazçıxarma obyektlərində işçilərin gediş-gəlişi məhdudlaşdırılıb, qaldırıcı qurğular təhlükəsiz vəziyyətə gətirilərək, işləri dayandırılıb, kəskinhavaşəraitində təhlükə yarada bilən işlərin görülməsi qadağan edilib.
banner

Oxşar Xəbərlər