• cümə, 26 Aprel, 01:50
  • Baku Bakı 16°C

Sneyder “Qalatasaray”la yollarını ayırıb

15.07.17 09:15 1542
Sneyder “Qalatasaray”la yollarını ayırıb

Türkiyənin "Qalatasaray” futbol klubunun Hollandiyalı legioneri Uesli Sneyder komandası ilə yollarını ayırıb.

APA-nın milliyet.com-a istinadən verdiyi xəbərə görə, Sneyder və klubu arasında muqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

2018-ci ilin may ayına qədər klubla müqaviləsi olan Sneyderin bir müddət idi ki, komandadan ayrı, fərdi olaraq məşqlərdə iştirak etdiyi bildirilirdi.

Qalatasaray klubunun rəsmi açıqlamasında, Sneyderin komandadan 2017-2018-ci il mövsümü üçün təminatlı 4,5 mln. avrodan imtina etdiyi bildirilir. Sneyder həmçinin növbəti 3 il ərzində Türkiyədə hər hansı klubla müqavilə imzalamamaq, əks halda 20 mln avro təzminat ödəməyə razılıq verib.
banner

Oxşar Xəbərlər