• cümə, 19 Aprel, 02:50
  • Baku Bakı 18°C

Sloveniyada prezident seçkilərinin ikinci turu keçirilir

12.11.17 16:18 833
Sloveniyada prezident seçkilərinin ikinci turu keçirilir
Bu gün Sloveniyada prezident seçkilərinin ikinci turu keçirilir.
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, oktyabrın 22-də keçirilən prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri 50 faizlik baryeri aşaraq qalib gələ bilməyib.
Birinci turda müstəqil namizəd kimi iştirak edən hazırkı dövlət başçısı Borut Pahor 47,21 faiz, Kamnik şəhərinin meri, keçmiş aktyor Maryan Şarets 24,76 faiz səs toplayıb. İkinci turda da məhz bu iki namizəd mübarizə aparır.
Qeyd edək ki, Sloveniya parlamentli respublikadır, prezident daha çox mərasimlərdə dövləti təmsil edir.
banner

Oxşar Xəbərlər