• cümə, 26 Aprel, 01:51
  • Baku Bakı 16°C

“Skylife” jurnalı: Bakı Qafqazın ən gözəl şəhəridir

13.12.17 19:13 4538
“Skylife” jurnalı: Bakı Qafqazın ən gözəl şəhəridir
Türkiyənin "Skylife” turizm jurnalının dekabr nömrəsində Bakı haqqında geniş məqalə dərc edilib.
AZƏRTACxəbər verir ki, məqalənin müəllifləri koreyalı jurnalistlər Ayne Birne və Fabio Tardimdir. Müəlliflər Azərbaycanın 2000-ci ildən başlayaraq sürətlə inkişaf etdiyini, Avropa Oyunlarına ev sahibliyi ilə daha da məşhurlaşan Bakının turizm şəhəri kimi tanındığını vurğulayırlar. Məqalədə deyilir: "İlk insanların qayalara rəsmlər cızdığı coğrafi məkan bu gün işıq dirəklərinin sıralandığı küçə və meydanları ilə genişlənir. Ona Qafqazın ən gözəl şəhəri, Dubayı və bu kimi bir çox bənzətmələri yaraşdıra bilərsiniz. Çünki bu coğrafiyada Şərqlə Qərbi birləşdirən qeyri-adi gözəlliyə sahib çox az şəhər var”.
Bakının görməli yerlərini, tarixi məkanlarını gəzən koreyalı jurnalistlər paytaxtı qədimliklə müasirliyin qovuşduğu, Xəzər dənizinin sahilində yerləşən "Badi-Kubə”, yəni, "Küləklər şəhəri” kimi təqdim edirlər. İçərişəhər, Qız qalası və Şirvanşahlar sarayı ilə tanış olan müəlliflər oxuculara Azərbaycanın tarixi, qədim İpək Yolu barədə də ətraflı məlumat verirlər. Atəşgah məbədi, Qobustan qayaları barədə söhbət açan koreyalı müəlliflər Azərbaycanın milli mətbəxinin nümunələrindən bəhs edirlər: "Dadlı yeməkləri, Atəşgah məbədi, Heydər Əliyev Mərkəzi kimi göz qamaşdıran memarlıq abidələri ilə Bakı kəşf etməyi sevənlər üçün ideal bir şəhərdir. Xəzər dənizinin möhtəşəm mənzərəsi, Bakının saysız-hesabsız restoranları, alış-veriş mərkəzləri, bir çox park və meydanları insana gözəl anlar bəxş edir”, - deyə müəlliflər yazırlar.
banner

Oxşar Xəbərlər