• cümə, 29 Mart, 10:52
  • Baku Bakı 5°C

Skaut Konfransının Polşada keçirilməsi üçün Azərbaycandan dəstək istənilib

16.08.17 22:36 1317
Skaut Konfransının Polşada keçirilməsi üçün Azərbaycandan dəstək istənilib

Bu gün Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Polşa Respublikasının təhsil naziri Anna Zalevskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən APA-ya vrilən məlumata görə, Polşanın təhsil naziri A. Zalevska səfərinin məqsədinin Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak etmək olduğunu, 2023-cü ildə milli skautların görüşünün Polşada keçiriləcəyinə ümid bəslədiyini söyləyib.
Polşa Senatının üzvü Malqorzata Kopiczko Bakının ev sahibliyi etdiyi Skaut Konfransının əhəmiyyəti barədə danışıb. Polşa Seyminin deputatı Piotr Cieslinski 2023-cü ildə Skaut Konfransının Polşada keçirilməsi üçün Azərbaycanın dəstəyinə ümid etdiklərini bildirib.
Vitse-spiker V. Ələsgərov polşalı mütəxəssislərin Bakının bir sıra memarlıq nümunələrinin inşasında, o cümlədən 1918-ci ildə milli ordumuzun yaranması prosesində iştirak etdiklərini xatırladıb. V. Ələsgərov parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Görüşdə Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səttar Möhbalıyev, Polşanın ölkəmizdəki müvəqqəti işlər vəkili Andrzey Jankovski və digər rəsmi şəxslər iştirak ediblər.

banner

Oxşar Xəbərlər