• cümə axşamı, 28 mart, 14:30
  • Baku Bakı 16°C

“Siz tək deyilsiniz, biz yanınızdayıq”

19.05.17 18:05 1750
“Siz tək deyilsiniz, biz yanınızdayıq”
Mayın 18-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bilgəh kəndiqəsəbəsindəki 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində Beynəlxalq Ailə Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin könüllü tələbələri uşaqlarla birlikdə "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan rəsmlər çəkiblər. 10 nömrəli Sanatoriya tipli, 11 nömrəli İnteqrasiya təlimli və valideyn himayəsindən məhrum olan uşaqlar üçün 1 nömrəli internat məktəblərinin şagird kollektivi tələbələrlə birgə həyətyanı sahədə güllər əkiblər.
İnternat məktəbinin direktoru Gülnarə Abdullayeva tədbirin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Beynəlxalq Ailə Gününə həsr edildiyini söyləyib. Bildirilib ki, hər il internat məktəbində Beynəlxalq Ailə Günü qeyd olunur. Tədbirdə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində mayda anadan olan 45 şagirdin doğum günü də qeyd edilib. Əsas məqsəd isə "həmin uşaqlar tək deyil. Biz onların yanındayıq” şüarı olub.
Qeyd edildi ki, Rəssamlıq Kolleci ilə İnternat məktəbin sıx əlaqələri var. Kollecin tələbələri bir neçə ildir ki, internat məktəbinə gedərək orada rəsm, dulusçuluq, qrafika sənətlərindən dərs keçirlər.

Tədbirdə İncəsənət Kollecin tələbələrinə "Könüllü və təmənnasız xidmətlərinə görə” təşəkkürnamə verilib.
Sözügedən tədbir tanınmış ifaçıların çıxışı ilə daha da maraqlı keçib. Belə ki, tədbir əməkdar artist Səlim Abbasov, sevilən ifaçılar Leyla Ramazanlı, Yaşar Yusub, və Aytac Vidadiqızının ifasında bayram konserti ilə davam etdirilib.








banner

Oxşar Xəbərlər