• cümə axşamı, 28 mart, 19:41
  • Baku Bakı 13°C

Siyavuş Novruzov Milli Məclisə əlavə vəsait ayrılmasını təklif edib

23.11.17 13:50 2212
Siyavuş Novruzov Milli Məclisə əlavə vəsait ayrılmasını təklif edib
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputatSiyavuş NovruzovbüdcədənMilli Məclisə əlavə vəsaitin ayrılmasını istəyib.
APA-nın məlumatına görə,Milli Məclisin bu gün keçirilən iclasında S. Novruzov bildirib ki, parlamentin il ərzində görəcəyi iş adətən gözlənilməz hadisələrlə bağlı olur, ona görə də əvvəlcədən planlaşdırmaq mümkün deyil.
O qeyd edib ki, beynəlxalq fəaliyyət, parlamentlərarası dostluq qrupları ilə mütəmadi əlaqələr və digər məsələlərMilli Məclisin işini gözlənilmədən aktiv olmasını tələb edir: "Bu baxımdanMilli Məclisə əlavə vəsaitin nəzərdə tutulması lazımdır ki, bu işlər vaxtında həyata keçirilsin”.
S. Novruzov xüsusilə parlamentlərarası dostluq qrupunun fəaliyyətinə önəm verilməsini, ayrılacaq vəsaitdə bunun nəzərdə tutulmasını təklif edib.
Bundan başqa o,Milli Məclisin əməkdaşlarının əməkhaqlarının artırılmasını bir daha təklif edib.
banner

Oxşar Xəbərlər