AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Siti” gələn mövsüm də ÇL-də oynaya bilər

“Siti” gələn mövsüm də ÇL-də oynaya bilər

İdman
20 Fevral 2020, 12:23 1725
UEFA-nın "Mançester Siti”ni iki il müddətinə avrokuboklardan uzaqlaşdırmasına baxmayaraq, "şəhrəlilər” 2020/2021 mövsümündə ÇL-də oynaya bilərlər. 
 
Kaspi.az xəbər verir ki, bu barədə idman hüquqşünası Con Merzad məlumat verib. O, bunun üçün "Siti”nin yaxşı şansının olduğunu vurğulayıb: 
 
"Siti” İdman Arbitraj Məhkəməsinə müraciət edəcək və yəqin ki, orda tələb olunacaq ki, məsələ ilə bağlı qərar çıxarılana qədər UEFA-nın qadağası dayandırılsın. UEFA-nın əsasnaməsinə görə, Lozanna Məhkəməsi müstəsna hüquqa malikdir və belə qərar çıxarılması realdır”.
 
Ekspertlər də hesab edirlər ki, "Siti”nin İdman Arbitraj Məhkəməsinə etdiyi şikayətə ən yaxşı halda 2021-ci ilin əvvəlində baxılacaq.