• cümə, 29 Mart, 10:40
  • Baku Bakı 5°C

Şirvanda qəza: ölən və yaralananlar var

23.07.13 10:28 1597
Şirvanda qəza: ölən və yaralananlar var
Şirvan rayonunda bir gündə iki avtomobil qəzası baş verib. Qəza nəticəsində 2 nəfər yaralanıb,1 nəfər isə dünyasını dəyişib.
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi iyulun 22-də günorta saatlarında Şirvan şəhəri M.Rəsulzadə küçəsində qeydə alınıb.
Salyan rayon sakini, 29 yaşlı İsmayılov Sahil İbrahim oğlunun idarə etdiyi "VAZ 21015" markalı avtomaşın dörd yol ayrıcında Hacıqabul rayon Qızılburun kənd sakini, 41 yaşlı Əlizadə Əlibəy Şirəli oğlunun idarə etdiyi "Volkswagen Golf" markalı avtomaşınla toqquşub. Zərbə güclü olduğundan, "Volkswagen Golf" markalı avtomaşın yoldan çıxaraq Heydər Əliyev parkının qoruyucu çəpərinə çırpılıb. Hadisə nəticəsində "VAZ 21015" markalı avtomaşında olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisənin baş vermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.
İyulun 22-də rayon ərazisində baş verən digər yol-nəqliyyat hadisəsi isə gecə saat 22:30 radələrində H.Əliyev prospektində qeydə alınıb.
Şirvan sakini, polis kapitanı Şirəliyev Sadiq Ağasaleh oğlunun idarə etdiyi "Hyundai" markalı 90 HV 565 dövlət nömrə nişanlı avtomobil H.Əliyev prospekti ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn Şirvan sakini, 1988-ci il təvəllüdlü Səmədov Ariz Qədirağa oğlunun idarə etdiyi "VAZ 21074" markalı 90 KF 795 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ 21074"ün sürücüsü Ariz Səmədov hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Sabirabad rayon Yaxa Dəllək kənd sakini, 1968-ci il təvəllüdlü Şahbazov İdris Saleh oğlu ağır travma alaraq Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yüksək sürət və sürücünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir.
Qeyd edək ki ,hər iki faktla bağlı Şirvan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər