• çərşənbə, 24 Aprel, 13:05
  • Baku Bakı 27°C

Şirvanda iki nişanlı qız itkin düşüb

11.06.17 18:23 1328
Şirvanda iki nişanlı qız itkin düşüb
Şirvan sakinləri olan gəlin və baldız itkin düşüb.
APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Şirvan sakinləri, 17 yaşlı Zahidova Aytac Yasər qızı və 18 yaşlı Quliyeva Əfsanə Allahverdi qızı 26 mayda evdən çıxıb və geri qayıtmayıblar.
Aytac Zahidovanın anası Flora Zahidovanın bildirdiyinə görə, nişanlı olan qızı Aytac və oğluna nişanlı olan gəlini Əfsanənin itkin düşmələri barədə Şirvan Polis Şöbəsinə yazılı müraciət olunub. Onların hansı səbəbdən yoxa çıxmaları məlum deyil.
Hazırda onların axtarışları davam etdirilir.
banner

Oxşar Xəbərlər