• cümə axşamı, 28 mart, 21:27
  • Baku Bakı 13°C

Şirvanda 3 avtomobil toqquşub, ölən və xəsarət alanlar var

22.10.16 17:01 994
Şirvanda 3 avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Şirvan şəhərində zəncirvarı avtomobil qəzası baş verib.

APA-nın Mil-Muğan bürosununməlumatına görə, şəhərin Heydər Əliyev prospektində"Hamann” markalıavtomobil iki "VAZ 2106" markalı maşınla toqquşub.

Nəticədə"Hamann”ın sürücüsü, Şirvan şəhər sakini1992-ci il təvəllüdlüMehrabov Vüqar Bəxtiyar oğlu hadisə yerində ölüb.

Hadisə nəticəsində 4 nəfər- Şirvan sakinləri, 1964-cü il təvəllüdlü Mustafayev Elbəy Oruc oğlu, 1980-ci il təvəllüdlü Mustafayev Elşən Elbəy oğlu, 1970-ci il təvəllüdlü Davudov Zaur Gülağa oğlu və 1997-ci il təvəllüdlü Mehrabov Elmir Tərlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Polisİdrasindəaraşdırma aparılır.
banner

Oxşar Xəbərlər