• cümə, 29 Mart, 09:51
  • Baku Bakı 5°C

Səhiyyə naziri Oqtay Şirəliyev Şirvana gedib - Yenilənib

26.07.16 19:06 2232
Səhiyyə naziri Oqtay Şirəliyev Şirvana gedib  - Yenilənib
Səhiyyə naziriOqtay Şirəliyevpartlayış baş verən Şirvan şəhərinə gəlib.APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, səhiyyə naziri yaralıların yerləşdirildiyi Şirvan Mərkəzi Şəhər Xəstəxanasındadır.

Qeyd edək ki,partlayış baş verəndən sonra Səhiyyə Nazirliyi nazirOqtayŞirəliyevinxəsarət alanlara tibbi yardımgöstərilməsi məsələsinişəxsi nəzarətinə götürməsi barədə məlumat açıqlayıb.

Xatırladaq ki, partlayış Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı ”Araz”zavodunda baş verib. Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb.

-----------
18:26

Müdafiə Sənayesi Nazirliyi Şirvandakı ”Araz” zavodunda baş verən partlayışla bağlı məlumat yayıb.

NazirlikdənAPA-ya verilən məlumatda qeyd olunur ki, bu gün saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib. Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.

Fasilələrlə eşidilən partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.

Müdafiə sənayesi naziriYavər Camalovhadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb və hazırda hadisə yerindədir.

Hadisənin səbəbləri ilə bağlıməlumatlar araşdırmalardan sonra veriləcək.
-------------
18:11

Şirvanda partlayış mərmi saxlanc anbarında başverib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda ərazidə ara-sıra partlayış səsləri eşidilir. Lakin intensiv partlayışlar artıq yoxdur. Partlayış baş verən ərazidətüstülənmə var.Hadisə zamanı partlayan mərmilər yaxınlıqdakı ərazilərə səpələnib.

Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilir. Hadisə nəticəsində ölənlərin olması ilə bağlı məlumatı hələlik heç bir rəsmi mənbə təsdiqləmir.

Xəstəxanadan verilən son məlumatda 20nəfərin bura yerləşdirildiyi bildirilir.

Müdafiə sənayesi naziriYavər Camalov, fövqəladə hallar nazirinin müavinləri Faiq Tağızadə, Etibar Mirzəyev, baş prokurorun birinci müavini Rüstəm Usubov hadisə yerindədir. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun hazırda məzuniyyətdə olduğu bildirilir.

Əməkdaşımız qeyd edib ki, hadisə baş verən ərazi yaşayış evlərindən aralıda yerləşir. Buna görə yaşayış evlərində heç bir evakuasiya həyata keçirilməyib. Lakin əraziyə toplaşmış mülki şəxslər təhlükəsizliklə bağlı ərazidən uzaqlaşdırılıblar.
------------
18:01
Şirvanda hərbi zavodda baş verən partlayış nəticəsində yaralananların sayı 20 nəfərə çatıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. Onun sözlərinə görə, xəstəxanaya daxil olanlar arasında ölənlər yoxdu.
------------
17:27
Fövqəladə Hallar Nazirliyi(FHN) Şirvanda zavodda baş verən partlayışla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 15:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz” zavodunda partlayış baş verib. Dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub, zəruri tədbirlərin görülməsinə başlanılıb.

Hazırda aidiyyəti orqanların qüvvələri ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti və əlaqədar struktur bölmələrinin rəhbərləri hadisə yerindədir.

Əlavə məlumat veriləcək.
-------------
17:12
Bu gün Şirvan şəhərində baş vermiş partlayışla bağlı Azərbaycan fövqəladə hallar nazirinin iki müavini hadisə yerinə ezam olunub.

APA-nın məlumatına görə, fövqəladə hallar nazirinin müavinləri, Faiq Tağızadə və Etibar Mirzəyev artıq hadisə yerindədirlər.

Baş vermiş hadisə ilə bağlı aparılan ilkin araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, bu gün saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən ”Araz” zavodunda yanğınla müşayiət olunan partlayış baş verib.
-------------
17:12

Şirvanda baş vermiş partlayış zamanı xəsarət alanlara tibbi yardımın göstərilməsi məsələsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

Səhiyyə NazirliyindənAPA-ya verilən məlumata görə, bu ana qədər Şirvan Mərkəzi Rayon xəstəxanasına 12 xəsarət almış şəxs çatdırılıb.

Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir.

Təcili yardım briqadaları hadisə yerində işini davam etdirir.

-------------
16:59
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şirvandakı partlayış nəticəsində ilkin olaraq xəstəxanaya 6 nəfər gətirilib. Onların vəziyyəti ağırdır. Yaralıların hamısı yanıq xəsarətləri alıblar.
-------------
16:38
Müdafiə Sənayesi Nazirliyi Şirvanda baş verən partlayışla bağlı rəsmi açıqlama yayıb.

Nazirlikdən verilən məlumata görə, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib.

Baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat veriləcək: "Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən MSN-in mətbuat xidməti ilə əlaqə saxlanılsın".
-------------
16:30
Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınan partlayışla bağlı səhiyyə müəssisələrini səfərbər edib.

Bu barədəAPA-yaSəhiyyə Nazirliyindən bildirilib. Məlumata görə,bu vaxta kimi Bakıdan əlavə 5 təcili yardım briqadası Şirvana göndərilib.

Onlardan 2-si artıq hadisə yerinə çatıb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, partlayış nəticəsində xəsarət alan10-a yaxın şəxs Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
------------
15:48
Şirvan şəhərində güclü partlayış baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınıb.

Partlayış nəticəsində yanğın başlayıb.
banner

Oxşar Xəbərlər