• cümə, 26 Aprel, 05:09
  • Baku Bakı 16°C

Siqaretləri avtomobilin oturacaqlarında gizlədən sürücü ələ keçdi

05.03.20 21:30 1193
Siqaretləri avtomobilin oturacaqlarında gizlədən sürücü ələ keçdi
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Opel Vectra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Kinoloji xidmət itinin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin sağ və sol ön oturacaqlarının içərisində gizlədilən 4000 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər