AZE | RUS | ENG |


Sığorta olunan əmanətlərin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır

Sığorta olunan əmanətlərin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır
Azərbaycanda sığorta olunan əmanətlərin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Bunu Trend-ə açıqlamasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.

İcraçı direktorun sözlərinə görə, Fond özəl sahibkarların əmanətlərinin siğortalanmasına başlamağı təklif edir.

A.Cavadov deyib: "Hazırda ADIF yalnız fiziki şəxslərin əmanətlərinin sığortalanmasını həyata keçirir. Düşünürəm ki, biz tədricən hüquqi şəxslərin, eləcə də xırda və orta sahibkarların əmanətlərinin siğortalanmasına başlaya bilərik".

Onun sözlərinə görə, özəl sahibkarların sığorta olunan əmanətinin məbləği fiziki şəxslərin sığorta olunan depozitlərinin məbləğindən fərqlənəcək.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu 2007-ci il avqustun 13-dən fəaliyyətə başlayıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6957
GBP 1 İngilis funt sterlinqi 2.1978
TRY 1 Türk lirəsi 0.4774
KWD 1 Küveyt dinarı 5.5930
SEK 1 İsveç kronu 0.1926
EUR 1 Avro 1.8495
CHF 1 İsveçrə frankı 1.7116
USD 1 ABŞ dolları 1.7025