• çərşənbə, 24 Aprel, 09:11
  • Baku Bakı 13°C

Şimşək çaxacaq, bəzi yerlərdə leysan yağacaq

20.06.17 13:20 961
Şimşək çaxacaq, bəzi yerlərdə leysan yağacaq
İyunun 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə,gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturunun gecə 18-21° isti, gündüz 24-28° isti,Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfertəzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək.Nisbi rütubət 65-75 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 23-dək Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü fonunda gündüz komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə16-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.
banner

Oxşar Xəbərlər