• cümə, 29 Mart, 19:17
  • Baku Bakı 14°C

Şimali Koreya ABŞ ilə danışıqlara lüzum görmür

04.07.20 14:15 578
Şimali Koreya ABŞ ilə danışıqlara lüzum görmür
Hazırda Pxenyanla Vaşinqton arasında danışıqlar prosesini bərpa etməyə ehtiyac yoxdur. Çünki ABŞ bundan yalnız "siyasi alət” kimi istifadə edir.
AZƏRTACKoreya Mərkəzi Teleqraf Agentliyinə istinadla xəbər verir ki, bu fikri KXDR Xarici işlər nazirinin müavini Tsoy Son Xi səsləndirib. "Biz ABŞ ilə üz-üzə oturub danışıqlar aparmağa heç bir lüzum görmürük. Çünki onlar ölkələrimiz arasında dialoqa yalnız daxili siyasi böhranı aradan qaldırmaq aləti kimi baxırlar”, - deyə diplomat bildirib.
Bu bəyanat ABŞ dövlət katibinin müavini Stiven Biqanın gələn həftə Cənubi Koreyaya nəzərdə tutulan səfəri ərəfəsində verilib. O, Seulda Şimali Koreya ilə dayandırılmış danışıqlar məsələsini müzakirə etmək niyyətindədir.
Son aylar KXDR-in Koreya Respublikası və ABŞ ilə münasibətləri pisləşib. İyun ayında rəsmi Pxenyan Seulla bütün mövcud rabitə kanalları üzrə təmasları dayandırdığını elan edib və koreyalararası əlaqələr ofisini partladaraq dağıdıb.
banner

Oxşar Xəbərlər