• cümə, 19 Aprel, 20:39
  • Baku Bakı 24°C

Şimal-qərb bölgəsində "Xaş-Xaş 2016" şərti ad altında əməliyyat keçirilib

30.07.16 19:22 1069
Şimal-qərb bölgəsində "Xaş-Xaş 2016" şərti ad altında əməliyyat keçirilib
İyulun 21-22-də respublikanın şimal-qərb bölgəsindəki meşə massivlərində Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları əməkdaşlarının, həmçininDövlət Sərhəd Xidmətivə Daxili Qoşunların hərbi qulluqçularının iştirakı ilə həyata keçirilən "Xaş-Xaş 2016" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, xüsusi təyinatlı nəqliyyat vasitələrinin və helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin xüsusi aqrotexniki qaydada - kultivasiya yolu ilə yetişdirilməsinə dair 22 fakt müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 1 ton 450 kiloqram olan 4187 ədəd çətənə kolları aşkar olunaraq maddi sübut kimi götürülüb.

Toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işləri başlanılaraq zəruri əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Xüsusi əməliyyat və profilaktik tədbirlərin davamı olaraq həmin ərazidə 17 hektar sahədə yabanı halda bitmiş, ümumi çəkisi 18 ton 510 kiloqram olan 11 min 973 ədəd çətənə kolları da aşkar olunaraq məhv edilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı analoji tədbirlər davam etdirilir.
banner

Oxşar Xəbərlər