• şənbə, 20 Aprel, 12:55
  • Baku Bakı 23°C

Silva onun PSJ-yə keçəcəyinə əmindir

20.11.17 12:25 2218
Silva onun PSJ-yə keçəcəyinə əmindir
"Liverpul”un futbolçusu Koutino PSJ-yə keçə bilər.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı PSJ-nin müdafiəçisi Tyaqo Silva verib. Braziliyalı futbolçu həmyerlisinin PSJ-nin sıralarına qoşulacağına əmin olduğunu bildirib. O, hətta bu transferin qışda reallaşa biləcəyini də deyib:
"Koutino ilə mütəmadi söhbət edirəm. Əminəm ki, mövsümün sonunda, bəlkə də daha tez, PSJ xoş sürprizi gerçəkləşdirəcək.
Ümid edirəm ki, Koutino bu məsələ ilə bağlı yaxşı-yaxşı düşünüb. Onun gələn mövsüm bizim sıralarımızda olacağına inanıram”.
Koutinonun xidmətində "Barselona” da maraqlıdır.
banner

Oxşar Xəbərlər