• çərşənbə axşamı, 16 aprel, 22:14
  • Baku Bakı 18°C

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək

17.06.17 17:45 978
Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək
İyunun 26-da saat 11.00-da Silahlı Qüvvələr Günü bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” təşkil olunacaq.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.
banner

Oxşar Xəbərlər