• çərşənbə, 17 Aprel, 03:31
  • Baku Bakı 14°C

Seysmoloji Xidmət: Bakıda zəlzələ olması barədə yayılan məlumatlar əsassızdır

24.05.13 10:30 1810
Seysmoloji Xidmət: Bakıda zəlzələ olması barədə yayılan məlumatlar əsassızdır
“Bu gün səhər saat 10:50 radələrində Bakıda zəlzələ olmasına dair bəzi KİV-də yayılan məlumatların heç bir əsası yoxdur”
APA-nın xəbərinə görə, bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Mərkəz bəyan edir ki, ölkə ərazisində baş verən zəlzələlərə dair məlumatlar ilk olaraq AMEA RSXM-in rəsmi internet saytında - www.seismology.az-da operativ olaraq yerləşdirilir: “Hər birinizdən zəlzələ ilə bağlı məlumatlar yayarkən saytımıza istinad etməyi xahiş edirik. Bildiyiniz kimi, zəlzələ əhali tərəfindən hər zaman həyəcanla qarşılanan təbii fəlakət olduğundan, heç bir əsası olmayan məlumatların yayılması insanların yersiz narahatçılığına səbəb olur. Odur ki, mətbuat nümayəndələrindən peşə borclarını yerinə yetirərkən rəsmi və dəqiq məlumatlara istinad etməsi zəruridir. Qeyri-dəqiq informasiya yayan KİV əhalidə narahatçılıq yaratmaqla yanaşı, həm də öz imiclərinə ziyan gətirmiş olurlar”.
banner

Oxşar Xəbərlər