• cümə, 26 Aprel, 04:11
  • Baku Bakı 16°C

Seymur Nəsirov: "Misirdə yaşayan azərbaycanlılardan koronavirusa yoluxan yoxdur"

06.04.20 16:10 796
Seymur Nəsirov: "Misirdə yaşayan azərbaycanlılardan koronavirusa yoluxan yoxdur"
"İtaliyadan bir xanımın misirli həyat yoldaşının dəfninə gəlişi ilə bu virus Misirə ayaq açdı"

"Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqtçı-alim Seymur Nəsirov "Kaspi"-yə açıqlamasında Misirdə koronavirusun sürətlə yayıldığını bildirib.
S.Nəsirov koronavirusun yaratdığı gərginliyin Misirdən də yan keçmədiyini deyib: "Bu virus Misirdə bir az gec - martın ortalarında yayılmağa başladı. İtaliyadan bir xanımın misirli həyat yoldaşının dəfninə gəlişi ilə bu virus Misirə ayaq açdı. Onunla bu virus Misir xalqına yoluxdu. Həmin xanımın gəldiyi kənd də karantinə götürüldü. Virusun birinci mərhələsi başladıqda burada təhsil ocaqlarının fəaliyyəti dayandırıldı. Hazırda Misir virusun yayılmasının artıq ikinci mərhələsini yaşayır. Burada karantin rejimi tətbiq olunur. Belə ki, gecə saat 19:00-dan, səhər 06:00-a qədər burada hər yer bağlıdır və çölə çıxmaq qadağandır. Təkcə gün ərzində ərzaq mağazaları, apteklər çalışır, onlar da saat 17:00-a qədər fəaliyyət göstərir".
S.Nəsirov deyir ki, gün ötdükdə Misirdə bu virusa yoluxanların sayı artır: "Misir hökuməti elan etdi ki, əgər yoluxanların sayı 1000 nəfəri keçərsə, artıq dövlət virusla mübarizə üsulunun üçüncü mərhələsinə - 24 saatlıq karantin vəziyyətinə keçəcək. Bugünkü statistik rəqəmlərə görə, Misirdə 1070 nəfər bu virusa yoluxub. 71 nəfər dünyasını dəyişib. Hər axşam Misirin Səhiyyə Naizirliyindən virusa yoluxanlarla bağlı rəsmi rəqəm elan olunur. Misir ən az virus yoluxan ölkələrdən biri olsa da yoluxanların sayı günü-gündən artır. Bu da həyatı iflic vəziyyətinə salır. Misir höküməti bu bəladan minimim qurtulmaq üçün ciddi addımlar atır. Bu virusla mübarizəyə bizim pulla 10 milyard manatdan çox maliyyə ayrılıb. Bu işə ciddi nəzarət edirlər".

Misirdə yaşayan azərbaycanlılara gəlincə isə diaspora rəhbəri qeyd edir ki, onlarla mütəmadi şəkildə əlaqə saxlayırlar: "Misirdəki səfirliyimiz onlarla mütəmadi əlaqə üçün "qaynar xətt” yaradıb. Burada Azərbaycanlıların sayı çox olamasa da tələbələr, bizneslə məşğul olan azərbaycanlılarımız yaşayır. Çox şükür ki, Misirdə yaşayan azərbaycanlılardan bu virusa yoluxan yoxdur".
Tədqiqatçı alim deyir ki, Misirdə ali təhsil olacaqları fəaliyyətini dayandırsa da onlar "online” şəkildə tələbələrə Azərbaycan dilini tədris edirlər: "Mənimlə birlikdə həyat yoldaşım 350 nəfərdən çox tələbəyə "online” şəkildə Azərbaycan dilini tədris edir. Biz bu işi sevərək, könüllü olaraq edirik".

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər