• çərşənbə axşamı, 23 aprel, 04:49
  • Baku Bakı 19°C

Sevinməlidir ki, komandasında belə futbolçu var?

06.12.19 12:23 508
Sevinməlidir ki, komandasında belə futbolçu var?
Qaret Beylin agenti Conatan Barnet müştərisinin "Real”dakı durumu ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, O, Beylin "kral klubu”ndan ayrılıb-ayrılmayacağı ilə bağlı qəti fikir söyləməyib. Amma bildirib ki, Beylin "Real”da olması Zidanı sevindirməlidir:
"Qaret hazırkı vəziyyətindən məmnun deyil. Amma onun "Real”la müqaviləsi var. O, bütün oyunlarda qüvvəsini tam sərf edəcək.
Fakt və statistika göstərir ki, Beyl meydanda olanda "Real”ın qələbə şansı daha çox olur. Heç kim onu, bütün qüvvəsini meydanda sərf etməməkdə ittiham etməyib.
Beyl dünyanın ən yaxşı futbolçularından biridir. Məşqçi sevinməli və qürur duymalıdır ki, belə bir futbolçu onun komandasında oynayır.
Onun gedəcəyi ilə bağlı qəti söz demək olmaz. Əgər sərfəli təklif alsa və getmək istəsə, ondan biz "Real”la rəhbərliyi ilə danışıqlar stolu arxasında oturub variantları müzakirə edəcəyik”.
banner

Oxşar Xəbərlər