• çərşənbə axşamı, 23 aprel, 22:33
  • Baku Bakı 20°C

Sevinc Ağasıyevandan “Həqq məndədir”

25.12.19 14:15 868
Sevinc Ağasıyevandan “Həqq məndədir”
Dekabrın 21-də "Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində” bəstəkar-müğənni Sevinc Ağasıyevanın "Nəsimi ili”nə həsr olunan "Həqq məndədir” adlı solo konserti baş tutub. Gecədə əməkdar artist, tarzən Şəhriyar İmanovun rəhbərlik etdiyi qrupun - musiqiçilər klavişdə Bəbir Bəbirli və Şükür Əliyevin müşayiəti ilə Tofiq Quliyev, Süleyman Ələsgərov və Sevinc Ağasıyevanın İmadəddin Nəsiminin qəzəllərinə bəstələnən mahnıları ifa olunub. Həmçinin bədii qiraət ustası Xəzər Süleymanlının təqdimatında şairin qəzəlləri özünəməxsus şəkildə oxunub.
Tanınmış ziyalılar, Nəsimişünaslar, incəsənət və media nümayəndələrinin iştirak etdiyi tədbirdə ifalar auditoriya tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə həmçinin musiqisi tanınmış kamança ifaçısı Mark Eliyahu, sözləri Nəsimiyə aid olan və Sevinc Ağasıyeva tərəfindən ifa olunan "Etməgil” mahnısının klipi də təqdim olunub.
Sonda xalq artistləri Mehriban Zəki, Xalidə Quliyeva, Mədəniyyət.az jurnalının baş redaktoru Zöhrə Əliyeva və Yunis Əmrə İnstitutunun Bakı filialının direktoru Cihan Özdemir çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
banner

Oxşar Xəbərlər