• cümə axşamı, 18 aprel, 16:12
  • Baku Bakı 22°C

Səudiyyə şahzadəsi ABŞ-da atışmadan sonra Trampa zəng edib

09.12.19 11:00 561
Səudiyyə şahzadəsi ABŞ-da atışmadan sonra Trampa zəng edib
Səudiyyə Ərəbistanının varis şahzadəsiMəhəmməd bin Salmansəudiyyəli hərbçi tərəfindən Floridada baş vermiş atışmadan sonra ABŞ prezidenti Donald Trampa zəng vurub.
"Report” xəbər verir ki, bu barədə SPA agentliyi bildirib.
Bildirilir ki, Səudiyyə şahzadəsi Ağ Ev rəhbərinə hadisə ilə bağlıbaşsağlığı verib.
Qeyd edək ki, cümə günü Floridada hərbi bazada atışma nəticəsində hadisəni törədən şəxs də daxil olmaqla, dörd nəfər həlak olub, daha səkkiz nəfər yaralanıb.
Hücum Səudiyyə Ərəbistanının hərbi qulluqçusu Məhəmməd Səid əl-Şamrani tərəfindən həyata keçirilib. Faktla bağlı ABŞ-ın hakimiyyət orqanları araşdırma aparır. Hücumun terrorizmlə bağlı olub-olmaması hələlik məlum deyil.
banner

Oxşar Xəbərlər