• cümə, 29 Mart, 17:45
  • Baku Bakı 14°C

Səudiyyə Ərəbistanının kralı oğlunu ABŞ-a səfir təyin edib

23.04.17 09:00 531
Səudiyyə Ərəbistanının kralı oğlunu ABŞ-a səfir təyin edib
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl Səud oğlu, şahzadə Xalidi ölkənin ABŞ-dakı səfiri təyin edib.
APA-nın "Frans Press”ə istinadən verdiyi xəbərə görə, kralın fərmanına əsasən, şahzadə Abdulla bin Feysəl bin Turki Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri vəzifəsindən azad edilib. Digər fərmanla ölkənin Vaşinqtondakı səfiri vəzifəsinə şahzadə Xalid bin Salman bin Əbdül Əziz təyin edilib. Şahzadə Abdulla bu vəzifədə cəmi bir il çalışıb.
Qeyd edək ki, şahzadə Xalid Səudiyyə Ərəbistanının Hərbi-HavaQüvvələrinin pilotu olaraq, beynəlxalq koalisiyanın İŞİD-ə qarşı əməliyyatlarında fəal iştirak edib.
Qeyd edək ki, kral Salman bin Əbdüləziz əl Səud ötən gün hökumətdə bir sıra kadr dəyişiklikləri edib. Belə ki, dövlət qulluğu məsələləri üzrə nazir və ordu komandanı vəzifəsindən azad edilib, informasiya naziri dəyişib, Milli Təhlükəsizlik Mərkəzi yaradılıb, ölkənin Baş Sərmayə İdarəsinə (SAGIA) yeni rəhbər təyin edilib.
banner

Oxşar Xəbərlər