• çərşənbə axşamı, 23 aprel, 11:07
  • Baku Bakı 20°C

Səsvermə başladı

11.08.17 16:10 1705
Səsvermə başladı
UEFA 2016/2017 mövsümündə vurulmuş ən yaxşı qolu müəyyənləşdirmək üçün səsverməyə başlayıb.
Kaspi.az xəbər verir ki, səsvermə UEFA-nın saytında aparılır. Səsverməyə təşkilatın bayrağı altında keçirilən turnirlərdə vurulmuş ən yaxşı 7 qol çıxarılıb.
Səsvermə avqustun 29-na qədər davam edəcək. Həmin gün də qalib elan ediləcək.
İlk iki səsvermə zamanı "Barselona”nın futbolçusu Lionel Messi qalib olmuşdu. Argentinalı futbolçu bu dəfə namizədlər arasında yoxdur.
banner

Oxşar Xəbərlər