• çərşənbə, 24 Aprel, 13:43
  • Baku Bakı 27°C

Səslərin yenidən hesablanması Baydenin Corciyada qələbəsini təsdiqləyib

20.11.20 10:30 390
Səslərin yenidən hesablanması Baydenin Corciyada qələbəsini təsdiqləyib
ABŞ Corciya ştatında prezident seçkiləri çərçivəsində səslərin yenidən hesablanması demokrat Cozef Baydenin qələbəsini təsdiqləyib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru Bred Raffensperqerin saytında bildirilir.
Məlumata əsasən, ştatın 159 dairəsinə 5 milyondan artıq səs yenidən hesablanıb və nəticələr qubernatorun saytında yerləşdirilib. Bildirilir ki, respublikaçı Donald Trampa 2 462 857 nəfər, Cozef Baydenə isə 2 475 141 nəfər səs verib.

Demokratın üstünlüyü 12 284 səs təşkil edib.
banner

Oxşar Xəbərlər