AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Səsimizə dəstək verdiyiniz üçün təşəkkürlər cənab Prezident!

Səsimizə dəstək verdiyiniz üçün təşəkkürlər cənab Prezident!

Cəmiyyət
29 İyul 2020, 12:15 247
Zəyəmçay su anbarı Tovuz üçün həyatı önəm ərz edən layihələrdəndir. Səsimizə dəstək verdiyiniz üçün təşəkkürlər cənab Prezident!
 
İyulun 23-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanında keçirilən video-müşavirədə su təsərrüfatının vəziyyəti ətraflı müzakirə olunmuş, nöqsanlar, çaztışmazlıqlar qeyd edilmiş və çıxış yolları ilə bağlı məsələlər müzakirə olunmuşdu. Cənab Prezidentin tapşırığına uyğun olaraq, bu sahədə təxirəsalınmaz tədbirlər görülməkdədir və artıq "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Prezident Sərəncamı imzalanmışdır. Sərəncamın "Tədbirlər Planı”na 2 saylı "Əlavə”də, dağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarlarının siyahısı təsdiq olunub. Bu siyahıda Zəyəmçay su anbarının da nəzərdə tutulduğu üçün çox şadam.

Zəyəmçay su anbarı, parlamentdə təmsil etdiyim Tovuz rayonu üçün (digər yaxın rayonlar üçün) su ehtiyacını ödəmək, kənd təsərrüfatının inkişafı, özəlliklə əkinçilik sahələrinin sulanması baxı-mından çox önəmli su strukturudur. Parlamentdə Tovuz sakinlərinin səsini duyuraraq, su çatışmazlıqları mövzusunda çıxışlar etmiş, bu barədə Baş nazirə rəsmi məktubla müraciət etmiş bir millət vəkili olaraq mən, cənab Prezidentin bu yeni Sərəncamının məqsədyönlülüyünü, həyati vacibliyini çox yaxşı başa düşürəm.

Dövlət başçımıza çox minnətdarıq ki, həmişə olduğu kimi, yenə də, xalqın ehtiyaclarına, vətəndaşın narahatçılıqlarına təxirəsalınmadan münasibət bildirdi. Bu münasibət dövlət başçısının imzaladığı sənədlərlə öz yüksək və konkret hüquqi həllini tapır. İnanırıq ki, müvafiq dövlət orqanları da öz üzərlərinə düşən vəzifələri və məsuliyyıti eyni ruhla yerinə yetirəcəkdir.

Qənirə PAŞAYEVA
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri