• cümə axşamı, 28 mart, 12:58
  • Baku Bakı 16°C

Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Gəncədə reyd keçirilib

05.07.20 14:00 829
Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Gəncədə reyd keçirilib
Gəncədə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
Pandemiya ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə işləri çərçivəsində həyata keçirilən reyddə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramil Orucov, deputat Müşfiq Cəfərov, Kəpəz rayon bələdiyyəsinin sədri Yaşar Abdullayev və polis əməkdaşı Arif Huseynov iştirak ediblər.
İstirahət günü olmasına baxmayaraq, rəsmilər şəhərin Kəpəz rayona daxil olan Hacıkənd qəsəbəsinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərinə baş çəkib, xüsusi karantin rejimi qaydalarına əməl olunmasını və sanitar gigiyenik normalarının vəziyyətini araşdırıblar.
Reyd zamanı sözügedən məkanlarda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin tələbləri ilə bağlı maarifləndirici söhbətlər aparılıb, müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi, sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq formada tədbirlərin görüləcəyi bir daha xatırladılıb.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri tərəfindən reyd və maarifləndirmə tədbirləri mütəmadi olaraq təşkil edilir.
banner

Oxşar Xəbərlər