• çərşənbə axşamı, 19 mart, 06:48
  • Baku Bakı 8°C

İslam Əməkdaşlıq Təşkilatı Qüds məsələsi ilə bağlı Bəyannamə qəbul edib

13.12.17 17:23 2971
İslam Əməkdaşlıq Təşkilatı Qüds məsələsi ilə bağlı Bəyannamə qəbul edib
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə qəbul edilib.

APA-nın məlumatına görə, toplantıda iştirak edən ölkələrin imzaladığı Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır: "ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır”.

Sənəddə vurğulanır ki,BMTTəhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.

Qeyd edək ki, İstanbulda keçirilən sammitdə Azərbaycan prezidentiİlham Əliyevdə iştirak edib.
banner

Oxşar Xəbərlər