• çərşənbə axşamı, 19 mart, 11:15
  • Baku Bakı 8°C

“Şərq ulduzları” bu dəfə Amerikada təqdim ediləcək

18.04.17 14:50 1419
“Şərq ulduzları” bu dəfə Amerikada təqdim ediləcək
İstedadlı prodüser, yazar, ssenarist Sevinc Səfərova "Şərq ulduzları” layihəsini beynəlxalq səviyyədə təqdim edəcək. 2012-ci ildə Azərbaycanda analoqu olmayan "Şərq ulduzu” telelayihəsinə imza atan S.Səfərova indi bu layihəni daha geniş şəkildə təqdim etmək niyyətindədir. S.Səfərova "Kaspi”yə açıqlamasında bildirdi ki, "Şərq ulduzları” layihəsi böyük bir realiti-şou olacaq və türk dünyasını əhatə edəcək: "Bu layihədə Şərq ölkələrdən seçilən uşaqlar çıxış edəcək. Layihədə bu ölkələrdə yaşayan dinindən, dilindən asılı olmayaraq səsi olan hər bir uşaq iştirak edə biləcək. 5 il əvvəl bölgələrimizdən səsi və istedadı olan uşaqları ətrafımıza toplayıb belə bir layihə etmişdim. Sözügedən layihəni etməkdə məqsədim aztəminatlı, maddi cəhətdən çətinlik çəkən, kasıb, lakin istedadı olan uşaqları bir araya toplayıb onları ölkəmizə tanıtmaq idi. Bunun üçün 54 rayona getdik, uzun sürən seçim turlarından sonra uşaqları yığıb, paytaxta gətirdik. Biz bir növ o uşaqlara tanınmaq üçün vasitəçi olduq. Bu gün o uşaqların uğurlarını görəndə, həqiqətən də çox sevinirəm”.

Prodüser bildirdi ki, layihə üçün Hindistanda, Birləşmiş Ərəb Əmirliklərində və digər Şərq ölkələrində seçim turları edəcəklər. Layihənin məqsədi dünyaya dostluq, sülh mesajları ötürmək olacaq.

Qeyd edək ki, sözügedən layihə yekunu 2017-ci ilin sonuna planlaşdırılır.








banner

Oxşar Xəbərlər