• cümə axşamı, 28 mart, 20:16
  • Baku Bakı 13°C

"Şərq tərəfdaşlığı" sammiti Aİ-Azərbaycan əməkdaşlığının yeni istiqamətlərini təyin edəcək

24.11.17 12:10 1571
"Şərq tərəfdaşlığı" sammiti Aİ-Azərbaycan əməkdaşlığının yeni istiqamətlərini təyin edəcək
"Şərq tərəfdaşlığı” sammiti Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında gələcək əməkdaşlıq üçün yeni istiqamətlər təyin edəcək.
Trend-in məlumatına görə, bunu "Azərbaycan Dövlət Statistika Komitəsinə milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması üzrə Dəstək" tviniq-layihəsinin yekunlaşması münasibətilə keçirilən tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
O qeyd edib ki, bu gün Brüsseldə başlayan "Şərq tərəfdaşlığı” sammitində son iki il ərzində baş verən hadisələr müzakirə olunacaq: "Sammitdə mövcud problemlər müzakirə olunacaq və əməkdaşlıq üçün yeni sahələr müəyyənləşdiriləcək”.
banner

Oxşar Xəbərlər