• cümə, 29 Mart, 04:00
  • Baku Bakı 7°C

Şərif Ağayar Kulis.az-ın baş redaktoru təyin olunub

30.05.17 13:24 1136
Şərif Ağayar Kulis.az-ın baş redaktoru təyin olunub
"APAHoldinq”ə daxil olan Kulis.az saytına yeni baş redaktor təyin olunub. Lent.az xəbər verir ki, saytın yeni baş redaktoru tanınmış yazıçı Şərif Ağayardır.
Şərif Ağayar 1976-cı ildəLaçınrayonunda anadan olub.
N.Tusi adına ADPU-nun tarix-filologiya fakültəsini bitirib
90-cı illərdən "Panorama" qəzetində, "Yeni Azərbaycan” qəzetinin "Ədəbiyyat” əlavəsində çalışıb.
Mətbuatda çoxsaylı məqalələri, şeirləri, oçerk və hekayələri çap olunub.
2003-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin orqanı olan "Kino+" qəzetinin baş redaktoru təyin olunub.
2008-2013-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində məsləhətçi vəzifəsində işləyib.
2014-cü ildən Kulis.az-da redaktor vəzifəsində işləyir.
Bədii yaradıcılığı geniş maraq doğuran Şərif Ağayar 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının təsis etdiyi "Xəlil Rza Ulutürk" mükafatına, 2003-cü ildə Gənclər İdman və Turizm Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə "Gənclər mükafatı"na layiq görülüb. Həmin il YeniSİ Ədəbiyyat və Sənət Təzahürləri Mərkəzinin Azərbaycanda ilk dəfə keçirdiyi I Proza N internet-müsabiqəsinin qalibi olub.
İndiyədək "Səhra məsnəvisi" adlı şeirlər kitabı, "Kərpickəsən kişinin dastanı" povesti, "Aftafalı antrakt" proza kitabı, "Haramı" romanı, "Xanım T." hekayətlər kitabı, "Gülüstan" romanı çap edilib.
Bu il isə ədəbi mühitdə müzakirəyə səbəb olan "Arzulardan sonrakı şəhər romanı” çapdan çıxıb.
banner

Oxşar Xəbərlər