• cümə, 19 Aprel, 16:36
  • Baku Bakı 25°C

Sərhəddən fişəng və pirotexniki vasitə keçirməyə cəhd edən şəxs saxlanılıb

25.12.19 12:15 582
Sərhəddən fişəng və pirotexniki vasitə keçirməyə cəhd edən şəxs saxlanılıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Qaz 32213" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məluamat görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin damında 948 ədəd üzərində "Magical Candle" yazılan fişəng və 15600 ədəd pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

banner

Oxşar Xəbərlər