• şənbə, 20 Aprel, 08:11
  • Baku Bakı 14°C

Sərhəd Qoşunlarında xidmətə qəbulla bağlı yenilik

11.12.13 12:22 1402
Sərhəd Qoşunlarında xidmətə qəbulla bağlı yenilik
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib
Dəyişiklik Dövlət Sərhəd Xidmətinin təklifi ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 3 nömrəli cədvəli - "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər"də edilib.
Dəyişikliklə bu tələblər müqavilə (bağlaşma) üzrə hərbi xidmət keçən hərbi qulluqçulara da şamil edilib. Başqa bir dəyişiklik isə Sərhəd Qoşunlarında xidmətə və işə qəbul olunan vətəndaşların boyu ilə bağlı qoyulan məhdudiyyətin aradan qaldırılmasıdır. Qəbul edilmiş dəyişiklikdə əvvəllər mövcud olan minimum 155 sm boy həddi aradan qaldırılıb. Maksimum boy həddi isə əvvəllər olduğu kimi 185 sm saxlanılıb.
Qərarda Sərhəd Qoşunlarında xidmətə qəbul olunan şəxslərin sağlamlıq durumu ilə bağlı bəzi tələblər də yer alıb.
banner

Oxşar Xəbərlər