• cümə axşamı, 28 mart, 17:20
  • Baku Bakı 16°C

Sergey Yeseninə həsr olunmuş açıq dərs keçilib - Fotolar

19.05.17 20:36 1016
Sergey Yeseninə həsr olunmuş açıq dərs keçilib - Fotolar
Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) XX əsrin əvvəllərində yazıb-yaratmış rus şairi Sergey Yeseninə həsr olunmuş açıq dərs keçilib. Kollecin rus dili müəllimələri Arzu Səfərova və Gülnarə Məmmədova əvvəlcə tələbələrə şair haqqında geniş məlumat veriblər.

Qeyd olunub ki, adı XX əsrin ən böyük şairləri – Blok, Mayakovski, Bryusovla bir sırada çəkilən Yesenin ən lirik rus şairlərindən hesab olunur. S.Yesenin 1924-1925-ci illərdə bir müddət Bakıda olub, yaradıcılığının ən məhsuldar dövrünü də demək olar ki, Bakıda yaşayıb. Şairin şeirləri o dövrdə "Russkaya mısl”, "Jizn dlya vsex”, "Yejemesyaçnıy jurnal”, "Severniye zapiski” və sair jurnallarda çap olunub.

Bildirilib ki, S.Yeseninin sağlığında təkrar nəşrlər də nəzərə alınmaqla, 30-a yaxın kitabı nəşr olunub. Onun ilk kitabı – "Raduniça”, son kitabı isə "Persidskie motivı” olub. Bunlardan əlavə, şairin sağlığında müxtəlif mənbələrdə 25-ə yaxın kitabın çapa hazırlanması haqqında məlumatlara rast gəlinsə də, naməlum səbəblərdən onlar çap olunmamış qalıb.

Açıq dərsdə tələbələr də aktivlik nümayiş etdirib, S.Yeseninin şeirlərindən bədii qiraət edilib, həmçinin onun sözlərinə yazılmış mahnı səsləndirilib. Bununla yanaşı, açıq dərsdə S.Yeseninin həyatının müxtəlif dövrlərinə dair fotolar, kollec tələbələrinin şairin Mərdəkandakı ev muzeyinə təşkil olunmuş ekskursiyası ilə bağlı videoçarx da nümayiş olunub.





banner

Oxşar Xəbərlər