• cümə, 19 Aprel, 18:38
  • Baku Bakı 24°C

Sergey Lavrov Dağlıq Qarabağa qanunsuz səfər edən blogerin saxlanılmasına münasibət bildirib

17.01.17 14:30 934
Sergey Lavrov Dağlıq Qarabağa qanunsuz səfər edən blogerin saxlanılmasına münasibət bildirib
"Biz istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinəyik”.
APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziriSergey LavrovMoskvada keçirdiyi mətbuat konfransında bloger Aleksandr Lapşinin Azərbaycanın sorğusu əsasında Belarusda saxlanması məsələsinə münasibət bildirərkən deyib.
O həmçinin həmin şəxsin üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduğunu bildirib: "Biz bu məsələ ilə əlaqədar diplomatik fəaliyyət apardıq. Lapşin eyni zamanda İsrail vətəndaşıdır. İsrail diplomatları da onunla təmasdadırlar. Bütün tədbirləri görəcəyik ki, bu məsələ həll olunsun. Təbii ki, bu,Rusiya vətəndaşının bütün hüquqlarının qorunması şərti ilə ediləcək. Biz israillilərlə birlikdə sıx əlaqədə işləyirik”.
Qeyd edək ki, A. Lapşin Azərbaycan tərəfinin sorğusu əsasındaMinskdəsaxlanılıb. Onun adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahısı”na daxil olunub. Buna səbəb blogerin digər əcnəbilərlə Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. 2015-ci ildə Lapşin Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi "Dövlət sərhədinin pozulması haqqında” qanunu pozduğu üçün blogeri beynəlxalq axtarışa verib.
banner

Oxşar Xəbərlər