• cümə, 19 Aprel, 17:05
  • Baku Bakı 25°C

Serbiya Kosovonun ÜGT-yə üzvlüyünü dəstəkləmədiyinə görə Azərbaycana təşəkkür edib

05.12.17 14:15 1824
Serbiya Kosovonun ÜGT-yə üzvlüyünü dəstəkləmədiyinə görə Azərbaycana təşəkkür edib
Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Ümumi Tranzit Konvensiyası (CTC) və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) dair seminar işə başlayıb.
Dövlət Gömrük Komitəsindən (DGK) "APA-Economics”ə verilən məlumata görə, seminar Avropa Birliyinin (Aİ) Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilir.
Seminarın açılışında çıxış edən DGK sədriAydın Əliyevtədbirin Azərbaycan gömrükçüləri üçün əhəmiyyətli olduğunu qeyd edib və təşkilatçılara təşəkkürünü bildirib. A. Əliyev vurğulayıb ki, Ümumi Tranzit Proseduru və Ticarətin Sadələşdirilməsinə dair konvensiyaya qoşulmaq DGK-nın 2017-2021-ci illər üzrə fəaliyyət planındakı vacib hədəflər sırasında yer alıb. Komitə sədri hazırda Avropa məkanında tətbiq edilən NCTS-yə qoşulmaq istiqamətində atılan addımlardan, bu sistemin ölkəmiz və region üçün faydalarından bəhs edib.
A. Əliyev ölkəmizin tranzit imkanlarının artırılması istiqamətində prezidentİlham Əliyevtərəfindən həyata keçirilən irimiqyaslı layihələrin gələcəkdə yükdaşımaların asan və sürətli həyata keçirilməsinə münbit şərait yaradacağını, ümumilikdə beynəlxalq ticarətin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Seminarda Serbiya gömrük xidməti əməkdaşlarının ekspert qismində iştirak etməsini yüksək qiymətləndirən A. Əliyev Serbiyanın böyük tranzit imkanlarına malik olmaqla yanaşı, bu sahədə əldə etdiyi təcrübənin Azərbaycan üçün maraqlı nümunə olacağına əminliyini ifadə edib. Komitə sədri ötən əsrin sonlarından etibarən Azərbaycan və Serbiyanın ərazi bütövlüyü ilə bağlı problemlərlə üzləşdiyini, bu problemlərin beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində iki dost ölkənin birlikdə səy göstərdiyini də diqqətə çatdırıb.
Daha sonra çıxış edən Aİ Üzv Dövlətlərinin Xarici Sərhədlərində Əməliyyat Əməkdaşlığının İdarə olunması üzrə Avropa Agentliyinin - Frontex-in əməkdaşı Darius Mrovic təmsil etdiyi qurum və həmin qurum tərəfindən həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, əsas məqsəd şəxslərin və yüklərin sərhədkeçmə prosesinin asanlaşdırılmasıdır.
Daha sonra Serbiya gömrük xidmətinin nümayəndəsi Veselin Miloşeviç çıxış edərək, seminarda müzakirə ediləcək məsələlər barədə qısa məlumat verib və NCTS-in faydalarından bəhs edib. V. Miloşeviç çıxışında Kosovonun ÜGT-yə üzvlük məsələsinin müzakirəsi zamanı ölkəsinin mövqeyini dəstəklədiyinə görə Azərbaycana, DGK-ya ölkəsinin hökuməti adından təşəkkürünü bildirib.
Üç gün davam edəcək seminarda Serbiyagömrük xidmətinin əməkdaşları V. , Olqa Protic və Vladan Vukoviç tərəfindən Serbiya tranzit sistemi, NCTS sisteminin Azərbaycanda tətbiqinin zərurətləri, NCTS-in əsas prinsipləri və faydaları, Milli Layihə Planı və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verəcəklər.
banner

Oxşar Xəbərlər