• cümə, 19 Aprel, 17:01
  • Baku Bakı 25°C

SENZURANIN “BAĞIŞLANMAZ” SƏHVLƏRİ

30.01.17 11:15 5636
SENZURANIN “BAĞIŞLANMAZ” SƏHVLƏRİ
24 iyul 1790-cı ildə II Yekaterina Aleksandr Radişşevi məhkəməyə verməyi əmr edir. "Peterburqdan Moskvaya səyahət”in müəllifinə senzura kitabın çapına izn vermişdirsə belə, o cəzasını çəkdi. Həqiqətən də senzorların gözündən qaçan "təhlükəli” məqamlar yaranır ki, sonradan hər iki tərəfin cəzalandırılması qaçılmaz olur.
***
1790-cı ildə Aleksandr Radişşev II Yekaterinanın "azad nəşriyyat” qərarından (1783-cü il 15 yanvar tarixində II Yekaterina fərdi şəxslərə nəşriyyat fəaliyyətinə icazə verən qərar imzalamışdır – X.N.) istifadə edərək , öz evində nəşriyyat yaradır. Əvvəlcə kiçik həcmli "Dosta məktub” anonim əsərini çap edir. Məhz "məktub”da imperatriça (o, çoxlu kitab oxuyur və yeni kitablarla maraqlanırdı) Radişşevin "Peterburqdan Moskvaya səyahət” əsərindəki əks olunan fikirlərin rüşeymlərini duyur.
Bu kitab çox tez satılır. Çünki əsər insanları öz hüquqları haqqındakı cəsarətli fikirlər və Rusiya həyatından olan rəsmlərlə heyrətləndirirdi. Əlbəttə ki, bu hal kitabın nüsxələrindən biri əlinə keçən imperatriçanın diqqətindən yayına bilməzdi. Kitabın senzuranın icazəsi ilə nəşr olunmasına baxmayaraq, müəllifi təqib etməyə başladılar. Aleksandr Radişşev əvvəlcə həbs olunur. Sonra isə ona "Petropavlovsk qalasına köçürülərək boynunun vurulması ilə” həyata keçəcək ölüm hökmü verilir. Az keçmiş edam - hətta ölümdən də pis hesab olunan - on illik Sibirə sürgünlə əvəz edilir. Beləliklə, "Səyahət"in hələ satılmamış nüsxələri məhv edildi, roman özü isə 1905-ci ilə qədər qadağan olundu.
Senzorun nəzarətinin sadə izahı var idi. Məlum olduğu kimi roman yol qeydləri formasında yazılmış, fəsillər isə iki paytaxt arasında yerləşən şəhərlərin adları ilə adlanmışdı. Senzor təkcə mövzuya baxmış və kor-koranə olaraq səyahətçinin əsərini qeydə almaq qərarına gəlmişdi.
Buna bənzər zarafatı senzorlarla Nikolay Çernışevski "Nə etməli?" romanı ilə etmişdi. 1962-ci ilin dekabrından 1963-cü ilin aprelinə qədər olan aralıqda əlyazma şəklindəki hissələr "Çernışevski işi" araşdırma komissiyasına ötürülmüşdü. Müəllif özü isə bu zaman həbsdə idi. Komissiya kimi senzorlar da romanda sadəcə sevgi xətti görmüş və nəşrə icazə vermişdilər.
Nəhayət ki, senzuranın nəzarəti məsələni aşkara çıxardıqda cavabdeh senzoru vəzifədən uzaqlaşdırdılar. Lakin vəziyyəti düzəltmək mümkün olmadı: roman artıq "Müasir adam" jurnalında dərc olunmuşdu. Sonradan jurnalın roman dərc olunan nömrələri qadağan olundu, lakin əsərin mətni bütün Rusiyada dolaşaraq kütləvi təqlidlərə səbəb oldu. 1867-ci ildə bir rusiyalı mühacir "Nə etməli?" əsərini Cenevrədə ayrıca kitab şəklində rus dilində dərc etdi. Bundan sonra roman digər dillərə tərcümə olundu. Bununla belə, roman 1905-ci ilə qədər qadağan olunmuş, 1906-cı ildə isə "Nə etməli?" ilk dəfə Rusiyada ayrıca kitab kimi çap olunmuşdur.
1887-ci ildə Lev Tolstoy "Surat şəhərində qəhvəxana" adlı hekayə yazdı və onu "Posrednik" nəşriyyatına göndərdi. Lakin senzura nəşrə icazə vermədi. 1892-ci ildə "Şimal xəbərləri" jurnalının naşiri Lyubov Qureviç hekayənin nəşrinə icazə verilməsi xahişi ilə müdafiəyə qalxdı. Peterburq senzurası yenidən rədd cavabı verdi. Bu zaman Qureviç nəşr işləri üzrə baş idarəyə müraciət etdi. Bundan sonra isə peterburq senzura komitəsinin nümayəndəsi Kojuxov bir məktub aldı- burada qraf Tolstoyun məqaləsi "möhtəşəm" adlanır və burada bircə kəlmə də olsa təhlükəli söz tapılmadığı bildirilirdi.
Digər tərəfdən də, heç də "yaxşı” nəşr hesab olunmayan olmayan "Şimal xəbərləri" jurnalının çapını gecikdirməmək üçün hekayənin qadağasının yubanmadan götürülməsini tələb edirdilər. Hətta nə az - nə çox, senatın ober-prokuroru Konstantin Pobedonostsevə böyük ehtiramla müraciət etdilər - o hökumət əleyhinə və qiyama səbəb ola biləcək heç nəyə razılıq verməzdi.
1893-cü ildə Klyukinin nəşriyyatı "Surat şəhərində qəhvəxana”nı Lev Tolstoyun "Hekayələr və dastanlar” toplusuna saldı. Amma Peterburq senzura komitəsi yenidən əsərin çapını qadağan etdi, belə ki, əsər sadə insanlar arasında müxtəlif rasional biliklərin təxribatına səbəb ola bilərdi, bu isə hakimiyyət üçün arzu olunan hal deyildi.
"Surat şəhərində qəhvəxana”dan başqa topluya daxil olan digər dörd hekayəyə də qadağa qoyulması təklif olunurdu. Yekunda çap məsələləri üzrə baş idarə digər hekayələrin qadağası ilə razılaşdı, lakin onların da marağına səbəb olan "Surat şəhərində qəhvəxana”nın nəşr olunması qərara alındı.
Lakin, hekayənin bədbəxtliyi bununla da bitmədi. Klyukinin "Hekayələr və dastanlar” toplusu "Surat şəhərində qəhvəxana”nin inqilabaqədərki kitab şəklində yeganə nəşri oldu, bundan sonra senzura onu heç bir halda çapa buraxmadı.
Senzuradan keçmiş əsərlərdən bəhs edərkən Mərkəzi Komitənin 1946-cı ildə yayımlanan "Ulduz" və "Leninqrad" jurnallarını xatırlamamaq olmur. Demək olar ki, sovet yazıçılarının burada yayımlanan bütün yaradıcılığı yad və zərərli elan olunmuşdu - "Qlavlit hara baxırdı görəsən?”
Özü də təkcə Mixail Zoşşenko, Anna Axmatova və Aleksandr Xazini tənqid etmirdilər. Öz səhifələrində yazıçıların "mənasız" əsərlərinə yer ayıran nəşriyyatlar da günahkar hesab olunurdu. Beləliklə, əgər Axmatovada bu vaxta qədər nəşr olunmaqla bağlı ciddi problemləri var idisə, Zoşşenkonun "Meymunun macəraları” hekayəsi yazıçı üçün ciddi problemlər yaratmışdı.
Ümumiyyətlə, senzura tərəfindən əsərlərə qarşı ən məsuliyyətsiz yanaşmanın nümunəsi "Oneginin qayıdışı” adlı satirik poemadır. Aleksandr Xazinin şeiri (o, sonralar Arkadi Raykin üçün olan nömrələrin və "Tarapunka və Şteosel" duetinin daimi müəlliflərindən biri oldu) Leninqradın müharibəsonrası həyatını təsvir edirdi. Əsər radioda səsləndi, hətta qəribə də olsa Mərkəzi Komitənin katibi Andrey Jdanovun təklifi ilə onun əsasında tamaşa da hazırlandı.
Bir müddət sonra isə hökumət əleyhinə fəaliyyət göstərdiyi hesab olunan jurnallar tamamilə bağlandı, qiyamçı müəlliflər "ədəbi səhnədən uzaqlaşdırıldı”. Bəziləri isə, Zoşşenko kimi ömürlük olaraq "etibarını itirdi”.
İnternet materialları əsasında hazırlayan: Xatirə Nurgül
banner

Oxşar Xəbərlər